Nazir: “Yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşıdırılır
Energetika naziri Çin Beynəlxalq Enerji Keçidi Forumunda Azərbaycanın enerji təhlükəsizliyi və enerji keçidinə töhfələrindən danışıbEnergetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda iştirak edib.
Açılış mərasimində çıxış edən nazir enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər iqtisadi və texnoloji reallıqların da mühüm amillərdən olduğunu vurğulayıb. Bildirilib ki, hazırkı keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir:
“Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatanlıq və davamlılıqdan ibarət hər üç elementini nəzərə almalıdır. Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investiyalara, aydın baxış və möhkəm əməkdaşlığa ehtiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inkluziv enerji keçidini dəstəkləməliyik.”
Energetika naziri region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb.
“Hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37%-dən çox olacaq. Həmçinin 2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planlarımız var.”
Bildirilib ki, bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə ixracatçıya çevrilməsinə, “Xəzər-Aİ yaşıl enerji dəhlizi” vasitəsilə avropalı tərəfdaşlarımızın enerji təchizatının yaşıl elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə töhfə verəcək. Çıxışda, həmçinin “Bir kəmər, bir yol” layihəsinin iştirakçıları, “Orta Dəhliz”in reallaşdırılmasına çalışan tərəfdaşlar, dost ölkələr olan Azərbaycanla Çinin yaşıl enerji tərəfdaşlığının daha da genişlənəcəyinə inam ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























