Qanunsuz gəlirin 50 faizi həcmində əlavə maliyyə sanksiyası tətbiq ediləcək
Qanunsuz gəlirə uyğun maliyyə sanksiyaları tətbiq ediləcək.
Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, bu Məcəllənin tələblərinin pozulmasına yol verilməklə həyata keçirilən iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlir qanunsuz gəlir hesab olunacaq.
Rəqabət komissiyası tərəfindən maliyyə sanksiyalarının müəyyən edilməsi zamanı qanunsuz gəlirin məbləğinin tətbiqi nəzərdə tutulan maliyyə sanksiyasından çox olduğu aşkar edildikdə maliyyə sanksiyasının məbləği fərqə mütənasib olaraq artırılır və əldə edilən qanunsuz gəlirin 50 faizi həcmində əlavə maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda nəzərdə tutulan əlavə maliyyə sanksiyası rəqabət orqanı tərəfindən aşağıdakı hallarda tətbiq edilmir:
- tələb olunan sənəd və məlumatlar bazar subyekti tərəfindən tam və vaxtında təqdim edildikdə;
- bazar subyekti işə baxılma zamanı rəqabət komissiyası ilə tam əməkdaşlıq etdikdə;
- tətbiq edilə biləcək maliyyə sanksiyasının bazar subyektinin maliyyə vəziyyətini ağırlaşdıra biləcəyi müəyyən edildikdə.
- əlavə maliyyə sanksiyası rəqabət qanunvericiliyinin pozulması nəticəsində qanunsuz gəlirin əldə olunmasına təkrar yol verən bazar subyektlərinə tətbiq edilmir.
Rəqabət komissiyası tərəfindən qanunsuz gəlir məbləğinin ödənilməsinə dair qərar verilənədək rəqabət qanunvericiliyinin pozulması nəticəsində zərər çəkən digər bazar subyektinə zərərinin əvəzi ödənildikdə qanunsuz gəlirin məbləği qaytarılan zərərə mütənasib olaraq azaldılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









