Veysəloğlu Şirkətlər Qrupu “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə dəstək olub
Düşərgəyə indiyə qədər 18 mindən çox müraciət əsasında 4000 mindən çox iştirakçı qatılıb(®) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Bakıda rəqəmsal oyun düşərgəsi təşkil edilib.
Dörd gün davam edən düşərgəyə Veysəloğlu Şirkətlər Qrupu da dəstək verib. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.
“Veysəloğlu Şirkətlər Qrupu olaraq gənclərin yeni təşəbbüslərini dəstəkləyərək onların inkişafına töhfə vermyə çalışırıq. Universitetlərlə sıx əməkdaşlıq edərək tələbələrin şirkətimizdə peşəkarların təcrübələrindən faydalanmaları üçün imkanlar yaradırıq”,-deyə Şirkətlər Qrupunun informasiya texnologiyaları direktoru Ülvi Babaşov tədbir haqda danışarkən deyib.
Qeyd edək ki, səkkizinci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında dörd mindən çox iştirakçı qatılıb. Yetmişdən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 min dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























