Kapital Bank data mövzusunda unikal tədbirlərə start verir
(®) Ölkənin birinci bankı Kapital Bank “SUP.VC” şirkəti ilə birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı unikal tədbirlərə start verir.
İl sonunadək 6 tədbiri əhatə edəcək layihə “Data talks”, “Data workshop”, “Data panel” formatında olacaq.
Layihə çərçivəsində baş tutacaq ilk tədbirin mövzusu “Data sahəsində yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi”dir. Sahənin peşəkarları tərəfindən müzakirə ediləcək mövzu iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə tanışlıq imkanı qazandıracaq.
Tədbir verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
İlk tədbirin eksperti yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi mövzusunda 20 ildən çox təcrübəyə sahib mütəxəssis Kamran Ağayevdir. O, “Oracle Database” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. Onun ABŞ-da “Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və “Oracle Certified Master imtahanına hazırlıq” adlı 2 kitabı nəşr olunub. Dünyanın əksər ölkələrində beynəlxalq konfranslarda çıxış edən Kamran Ağayev “Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan “Oracle ACE Director” mükafatına layiq görülüb.
Layihənin davamı olaraq baş tutacaq növbəti tədbirlərdə yerli mütəxəssislərlə yanaşı Özer Günal və Bora Sezen kimi beynəlxalq ekspertlər də iştirak edəcəklər.
“Data talks” 19 sentyabrda Elektron Hökumətin İnkişaf Mərkəzində, Atatürk prospekti 89A ünvanında baş tutacaq. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://kbl.az/kbddpr Qeydiyyat sayı məhduddur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























