Azərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIB
Rabitəbank və İTFC arasında 10 milyon dollar məbləğində “Letter of Credit Confirmation Facility” müqaviləsi imzalanıb
Rabitəbank ilə İslam İnkişaf Bankı (İİB) Qrupu üzvü Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) arasında özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə vermək üçün 10 milyon ABŞ dolları məbləğində “Letter of Credit Confirmation Facility” (Akkreditiv) müqaviləsi imzalanıb.
Bu müqavilə Rabitəbanka Azərbaycanda özəl sektor, xüsusilə də KOB-lar üçün ticarətin maliyyələşdirilməsi işini genişləndirməyə kömək etmək üçün nəzərdə tutulub.
Bu müqavilə Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və İTFC-nin baş direktoru Hani Salem Sonbol arasında imzalanıb.
Rabitəbankın yaydığı məlumatda bildirilir ki, qeyd olunan vəsait Banka ticarətin maliyyələşdirilməsi üzrə həllər təklif etməyə və Azərbaycanda İslam maliyyəsinin inkişafına töhfə verməyə imkan verəcək.
"Bu müqavilə İTFC tərəfindən Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına kredit xətti açılması haqqında ilk saziş hesab olunur və üzv ölkələrdə özəl sektor və kiçik və orta sahibkarlığa dəstək verilməsi üçün banklarla əməkdaşlığın genişləndirilməsini, eləcə də kredit xətti açılması biznesinin genişləndirilməsini prioritet hesab edən İTFC-nin Özəl Sektor Strategiyası ilə uyğunluq təşkil edir",- məlumatda bildirilir.
İTFC-nin baş direktoru Hani Salem Sonbol müqavilənin imzalanması ilə aşağıdakıları bildirib: “Rabitəbank ilə bu yeni tərəfdaşlıq Azərbaycanda bank fəaliyyətlərimizi yenidən aktivləşdirmək və özəl sektorun böyüməsi və inkişafına olan sadiqliyimizin xüsusi əhəmiyyətini bir daha nəzərə çatdırmaq məqsədi daşıyır. İTFC, İƏT-ə üzv ölkələrdə şəriətə uyğun ticarət maliyyələşdirməsinin təşviqində qabaqcıl olaraq qalır və biz bu müqaviləni Azərbaycanda İslam maliyyə təkliflərinin inkişafına açıq dəstək hesab edirik”.
Rabitəbank ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynov isə öz növbəsində qeyd edib: "Öncəliklə, uzun illərdən sonra bağladığımız bu müqavilə ilə İTFC-nin Rabitəbank ilə Azərbaycan maliyyə-kredit bazarına daxil olması bizim üçün çox sevindirici və ölkəmiz üçün önəmlidir. Bu müqavilə özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə verməsi cəhətdən çox vacibdir.”
2009-cu ildən bəri İTFC Azərbaycanda müxtəlif özəl sektor müştərilərinə 83,4 milyon ABŞ dolları məbləğində yardım göstərmişdir. İTFC Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və yerli kommersiya banklarını lazımi maliyyələşdirmə ilə təmin etməklə ölkənin ticarətinin inkişafına sərmayə qoyur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 5 saat əvvəl
-
6 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
6 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
6 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
