“McDonald’s Azərbaycan”ın əməkdaşları da Xəzərin sahilinin təmizlənməsi aksiyasında iştirak ediblər - FOTO
(®) Sentyabrın 16-da “McDonald’s Azərbaycan” şirkətinin əməkdaşları “Xəzəri qoruyaq” dəniz sahilinin təmizlənməsi aksiyasında iştirak ediblər.
Bakı, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada keçirilən bu aksiya hər il sentyabrın 17-də dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü ərəfəsində həyata keçirilib.
Xatırladaq ki, ötən il “McDonald's Azərbaycan” analoji aksiyanı Dübəndi qəsəbəsində təşkil etmişdi, bu il isə “Xəzəri qoruyaq” aksiyası çərçivəsində təmizlik işləri sentyabrın 16-da Bilgəh qəsəbəsindəki çimərlikdə aparılmışdır.
Bu il layihə "Coca-Cola" şirkətinin təşəbbüsü, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ECO Hub platformasının təşkilatçılığı ilə “McDonald's Azərbaycan”, “Pasha Bank”, “Carlsberg Azerbaijan”, "Bakcell", "SOCAR Trading" kimi müxtəlif özəl şirkətlərin və dövlət qurumlarının dəstəyi ilə həyata keçirilib.
Azərbaycanda 13 ildən artıq davam edən bu aksiya Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsi və məişət tullantılarının yığılması məqsədi daşıyır. Layihə Xəzər dənizinin mühafizəsi və ictimaiyyətin ekoloji maarifləndirilməsində də mühüm rol oynayır.
Ekoloji aksiya zamanı sahəsi 40 kilometrə yaxın olan ərazi təmizlənib, oradan 5 tondan çox tullantı və məişət tullantıları yığılıb. Kampaniyada 1500-dən çox könüllü iştirak edib.
İştirakçılar üçün nəqliyyat və yemək təşkil olunub, onlara tullantıların çeşidlənməsi üçün rəngli torbalar, təmizləyici vəsaitlər və lazımi təchizat paylanıb.
Qeyd edək ki, Azərbaycanda “Xəzəri qoruyaq” ekoloji kampaniyasının keçirildiyi 13 ildən artıq müddətdə 50 hektardan çox ərazi təmizlənib, 55 tondan çox zibil və məişət tullantıları yığılıb, 8500-ə yaxın könüllü və 50-dən çox tərəfdaş təşkilat iştirak edib.
30 ildən artıqdır ki, dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələrinin sahillərini tullantılardan təmizləmək məqsədi daşıyır. Bu aksiya Yer kürəsində təşkil edilən ən böyük könüllü hərəkat hesab olunur.
Təmizlənmiş ərazilərdən toplanan tullantılar qeydiyyata alınır, bundan sonra bu məlumat “Ocean Conservancy” beynəlxalq təşkilatına ötürülür. Bu məlumatlar öz növbəsində dünyanın su hövzələrinin təmizlənməsinə dair beynəlxalq hesabatlarda əksini tapır.
Qeyd edək ki, “Xəzəri qoruyaq” aksiyasının fəaliyyətini sosial şəbəkələrdə izləmək mümkündür:
Facebook: https://www.facebook.com/xezeriqoruyaq
Instagram: https://www.instagram.com/xezeriqoruyaq
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
6 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















