Twitter-in istifadəçilərinin sayı dəyişməyib, şirkət zərər edib
ABŞ-ın beynəlxalq sosial şəbəkə şirkəti Twitter, bu ilin ikinci rübündə zərər etdiyini bildirib.
"Marja" xəbər verir ki, Twitter-dən verilən açıqlamada, şirkətin, bu ilin ikinci rübündə 116 milyon dollar zərər etdiyi qeyd olunub. Twitter, ötən ilin ikinci rübündə də 107 milyon dollar zərər açıqlamışdı.
Açıqlamada, şirkətin bu ilin ikinci rübündəki gəlirlərinin də keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq 574 milyon dollara düşdüyü qeyd edilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 602 milyon dollar gəlir əldə etmişdi.
Açıqlamada, fikirlərinə yer verilən Twitter-in İcraçı direktoru Jack Dorsey, aylıq orta hesabla aktiv istifadəçi sayının bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz yüksəldiyini bildirərək, gündəlik orta hesabla aktiv istifadəçi sayının da həmin dövrdə illik 12 faiz artım göstərdiyini bildirib.
Digər tərəfdən, açıqlamada, aylıq orta hesabla istifadəçi sayının bu ilin aprel-iyun dövründə, bu ilin yanvar-mart dövrü ilə müqayisədə, dəyişməyərək 328 milyonda qaldığı məlumatına yer verilib.
Twitter-in zərər etdiyini açıqlamasının ardından, şirkətin səhminin qiyməti Nyu-York Birjasında 14 faiz azalma ilə 16,85 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)

