MÜSİAD Azərbaycan heyəti Milli Məclisin iqtisadi-siyasət komitəsi ilə görüşüb
"MÜSİAD Azərbaycan"ın heyəti Milli Məclisin iqtisadi-siyasət komitəsi ilə görüşüb.
Bu barədə "MÜSİAD Azərbaycan"dan məlumat verilib.
Qeyd edilib ki, görüşdə, MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli, Sait Yinanç, Alim Şentürk, Əli Qədirbəyli, Sərxan Sultanlı və Muhterem Öz, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, deputatlar - Mahir Abbaszadə, Rüfət Quliyev və Vahid Əhmədov iştirak ediblər.
Məlumata əsasən, görüş zamanı Milli Məclisin komitəsi ilə MÜSİAD Azərbaycan arasında məsləhətləşmələr aparılıb. Bununla yanaşı, tərəflər arasında kommersiya fəaliyyəti və layihələri ilə bağlı birgə iş və dəstək məsələləri üzrə müzakirələr aparılıb.
Məlumatda qeyd olunur ki, görüşün yekunu olaraq, tərəflər qanuna hazırlıq və ya digər məsələlərlə bağlı işçi qrupları yaradılarkən MÜSİAD-ın Azərbaycan nümayəndələri də iştirakı haqqında razılıq əldə ediblər.
Eyni zamanda görüş əsnasında qeyd olunub ki, MÜSİAD Azərbaycan hüquq və ya kommersiya ilə bağlı müxtəlif məsələlərlə bağlı təkliflər və problemləri komitəyə göndərəcək.
“Bütün bunlarla yanaşı, gələcəkdə müəyyən ediləcək tarixdə, komitə üzvü, Lənkəran millət vəkili Rüfət Quliyevin iştirakı ilə rayonunun mülkiyyətçiləri, sahibkarları və investorları ilə görüş təşkil ediləcək”, -deyə məlumatda bildirilir.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.
Bu il MÜSİAD 33 yaşını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























