Qızıl sikkə və külçələrin satışı ilə bağlı yeni qiymət siyasəti və yeni qızıl məshulların istehsalı müzakirə olunub
Sentyabr 27-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.
QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda “AzerGold” QSC-nin hasilat və ixrac hədəfləri, inkişaf strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti və digər mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin iclasda Qarabağ və Şərqi Zəngəzurda əlvan metal filizi yataqları ilə bağlı geoloji tədqiqatların genişləndirilməsi, Orta Asiya və digər ölkələrdə birgə mədən layihələrin icrası ilə bağlı məsələlərdən danışılıb.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən daxili zərgərlik bazarının inkişafı, şəffaflaşdırılması istiqamətində tədbirlərə “AzerGold” QSC-nin verdiyi töhfələr qeyd edilib, bu istiqamətdə icrası nəzərdə tutulan əlavə tədbirlərdən söz açılıb.
Eyni zamanda “AzerGold” QSC-nin yerli pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə və külçələrin satışı ilə bağlı yeni qiymət siyasəti, yeni növ qızıl məshulların müasir texnologiyalar əsasında istehsalı imkanları müzakirə olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























