Cabbarovun sədrliyi ilə KOBİA-da iclas keçirildi
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib. KOBİA-nın Müşahidə Şurasının növbəti iclasında Agentliyin 2022-ci il və 2023-cü ilin birinci yarımilliyi üzrə hesabatı təqdim edilib, 2024-cü il üzrə planlar və digər cari məsələlər müzakirə olunub.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2022-ci il və 2023-cü ilin birinci yarımilliyində fəaliyyəti üzrə görülmüş işlərə dair məlumat verilib, 2024-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, KOB-ların inkişafına və dəstəklənməsinə yönəlmiş tədbirlər və gündəlikdə duran digər məsələlər müzakirə edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, hesabat dövründə 22 KOB inkişaf mərkəzi tərəfindən 12 minə yaxın KOB subyektinin və biznesə başlamaq istəyən şəxsin faydalandığı 1000-dən çox təlim keçirilib, 2200-dən çox KOB-a məsləhət xidməti göstərilib, 500-dən çox biznes plan hazırlanıb.
Mikro və kiçik sahibkarlar üçün innovativ fəaliyyət üzrə vergi güzəştlərini nəzərdə tutan 51 “Startap” şəhadətnaməsinin verilməsi ilə bu sənədi alan KOB-ların sayı 105-ə çatıb. 40 KOB-un təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinə 747 min manat qrant ayrılıb. Sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 18 daxili bazar araşdırması aparılıb. 23 sərgidə 1133 KOB subyektinin iştirakına dəstək göstərilib.
Hesabat dövründə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən 25 KOB subyekti yararlanıb. KOB-lara yerində dəstək və xidmətləri təmin edən 20 KOB dostu ofisinin fəaliyyətə başlaması ilə mövcud ofislərin sayı 46-ya çatıb.
2023-cü ildə sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi “Bakı KOB evi”nin sahibkarların istifadəsinə verilməsi ilə KOB evlərinin sayı 3 olub.
İldən-ilə KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarların sayında müsbət artım dinamikası müşahidə edilməkdədir. KOB evləri tərəfindən sahibkarlara 2022-ci ildə 73 mindən çox, 2023-cü ilin I yarısında isə 197 mindən çox xidmət göstərilib. Hesabat dövründə 3300-dən çox KOB-un iştirakı ilə 14 sorğu keçirilib. Cari ildən tətbiqinə başlanan KOB klaster mexanizmi üzrə 6 KOB-dan müraciət daxil olub və bu istiqamətdə müvafiq işlər görülməkdədir.
İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
İclas çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Müşahidə Şurasının üzvləri “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüblər.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 saat əvvəl
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)







