"Prezident haqsız rəqabətlə mübarizə aparmaq barədə tapşırıq verib"
Prezident İlham Əliyev haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlar verib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Sağlam rəqabət ölkədə iqtisadi inkişafı təmin edən əsas amillərdəndir. Ədalətli rəqabətdən, qiymətlərin azalmasından, məhsul çeşidinin genişlənməsindən təkcə sahibkarlar, dövlət deyil, həm də istehlakçılar, sadə vətəndaşlar qazanır. Rəqabətin qarşısında süni maneələrin olması bir qrup sahibkarın maraqlarına xidmət edir", - deyə nazir əlavə edib.
"İşgüzar mühitdə, xüsusilə də vergi-gömrük rejimində, sahibkarlarla ünsiyyətdə dəyişiklik olmadan rəqabətin səmərəli və effektiv şəkildə təmin edilməsi gözlədiyimiz effekti verməyəcək. Bunun sadə səbəbi var. Rəqabət bərabər şərait deməkdir. Əgər biz bu şəraiti fiskal çərçivədə vergi yükündə əks etdirə bilmiriksə, o zaman müəyyən dövrə qədər rəqabətin başqa hansı fərqli elementlərindən danışmağa dəyər? Uzun müddət idi ki, bizə Rəqabət Məcəlləsinin qəbul olunmaması ilə bağlı müəyyən suallar ünvanlanırdı. Düşünürəm ki, bu suallara əsas cavabım belə olardı", - deyə M.Cabbarov əlavə edib.
Nazir bildirib ki, iqtisadi siyasətin əsas məqsədinə inhisarçılığın qarşısının alınması, resursların səmərəli istifadə edilməsi və ictimai mənafelərin qorunması aiddir: “Sağlam rəqabət ölkənin ictimai inkişafının təmin edilməsində əsas amillərdən biridir. Ədalətli rəqabətdən təkcə sahibkarlar deyil, qiymətlərin aşağı düşməsi və məhsul çeşitlərinin artırılması sayəsində sadə vətəndaşlar qazanır”.
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
39 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
55 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
59 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























