PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” proqramlaşdırma sahəsində karyerasını daha yüksək zirvələrə çatdırmaq, şəxsi təcrübəsinə əsaslanaraq yeniliklərə imza atmaq istəyən şəxslər üçün işə qəbul prosesinə start verib.
Belə ki, PAŞA Bank “Techo - İT dünyasının əks sədası” layihəsi çərçivəsində “Back-end” üzrə baş mütəxəssis, “Front-end” üzrə baş mütəxəssis, Keyfiyyət təminatı (“Quality Assurance”) üzrə baş mütəxəssis və layihənin texniki rəhbəri vakansiyalarını elan edir.
“PAŞA Bank” karyeranızın hər bir mərhələsində sizə dəstək olacaq və yeni zirvələrə doğru birlikdə addımlayacağınız komandadan əlavə sizə bir sıra üstünlüklər də təklif edir. Hibrid iş rejimi, rəqabətli əməkhaqqı, təlim imkanları, illik mükafatlar və bu kimi digər imtiyazlar siyahıya daxildir.
Həmçinin müvafiq vakansiyalara müraciət edən şəxslər “PAŞA Bank”ın mentorluq və liderlik, “DevOps” mədəniyyəti, “Agile” metodologiyası, innovasiya və texnologiyalar ilə çevrələndiyi iş mühitində çalışmaq imkanı əldə edəcəklər.
Vakansiyalar haqqında ətraflı məlumat və müraciət üçün https://techo.pashabank.az veb-səhifəsinə keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
10 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
11 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 11 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
