Mərkəzi Bank valyuta ehtiyatlarının 8 ildə ən pik həddə yüksəlməsinin səbəbini açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) rəsmi valyuta ehtiyatlarının son 8 ildə ən pik həddə yüksəlməsinin səbəbini açıqlayıb.
AMB-dən bildirilib ki, son 2 ildə profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etdiyi şəraitdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının mütləq əksəriyyətində təklif tələbi üstələyib. Bu səbəbdən valyuta bazarında tarazlığın təmin olunması üçün fiskal əməliyyatlarla əlaqədar son aylar ərzində Mərkəzi Bank valyuta bazarına alışyönlü müdaxilə edib. Əvvəlki illərdə olduğu kimi alışyönlü müdaxilələr Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir.
"Ümumilikdə alışyönlü valyuta müdaxilələri nəticəsində pul bazasının izafi genişlənməsi pul siyasəti alətləri ilə məhdudlaşdırılır. Bu məqsədlə Mərkəzi Bank son bir ildə özünün sterilizasiya əməliyyatlarını əhəmiyyətli şəkildə aktivləşdirib və yeni alətlərin tətbiqinə başlayıb. Nəticədə cari ilin 9 ayında manatla pul bazasının artımı cəmi 2.5% olub" - AMB-nin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, bu il sentyabrın sonuna AMB-nin valyuta ehtiyatları 9 milyard 775.3 milyon dollara yüksəlib. Bu isə 2015-ci ilin fevral ayından indiyə kimi, yəni son 8 ildə qeydə alınan ən yüksək göstəricidir. Ümumilikdə isə Mərkəzi Bankın valyuta ehtiyatlarında 2017-ci ilin əvvəlindən bu ilin oktyabr ayına kimi artım dinamikası davam edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























