"Hazırda sabit məzənnə rejimindəyik və özünü doğruldur"
"Mərkəzi Bankın əsas siyasəti makroiqtisadi sabitliyi təmin etməkdir. Buna nail olmaq üçün hansı məzənnə rejimi daha effektlidirsə, onu da istifadə edəcəyik".
"Avqust ayının sonuna olan məlumata görə, Manatın nominal effektiv məzənnəsi 19% bahalaşıb. Manatın nomianl effektiv məzənnəsi bahalaşan zaman (Manat ölkəmizin əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətdə möhkəmlənir), idxalçılarımız daha az manat xərcləyərək eyni miqdarda və ya daha çox məhsullar alırlar. Bunun da hesabına inflyasiya az idxal olunur".
Marja.az xəbər verir ki, bunu AZTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri Manatın məzənnəsi ilə bağlı müzakirələrə qoşularaq bildirib ki, hazırda Dollar/Azərbaycan manatı cütlüyü sabit məzənnə rejimindədir:
"Mərkəzi bankların məzənnə siyasətləri olmur, məzənnə rejimi olur. Mərkəzi Bank pul siyasətini həyata keçirir. Məzənnə rejiminə gəldikdə isə - bizim məzənnə rejimimiz sabit məzənnə rejimidir. Bunu mən bir neçə dəfə söyləmişəm. Mərkəzi Bankın əsas siyasəti makroiqtisadi sabitliyi təmin etməkdir. Buna nail olmaq üçün hansı məzənnə rejimi daha effektlidirsə, onu da istifadə edəcəyik. 2017-ci ildən biz sabit məzənnə rejimindəyik və bu rejim özünü doğruldur. Mətbuatda oxuyuram - neftin qiyməti, Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşmaları əsas gətirilərək Manatın məzənnəsi müzakirə olunur. Bu məsələdə də öz şərhlərimi verirəm: İlk növbədə Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının kəskin uzuclaşmasının Manatın məzənnəsinə və valyuta bazarımıza birbaşa təsiri yoxdur. Bizim inflyasiyaya təsiri var. Bizim əsas ticarət tərəfdaşlarının valyutaları kəskin ucuzlaşan zaman qısa müddətdə – 3-6 ayda bizim inflyasiyamız azalır. Çünki həmin ölkələrdən idxal olunan mallar ucuzlaşır. Əgər həmin ölkələrdə milli valyutaların ucuzlaşması qalıcı olursa, orada inflyasiya yüksəlir və artıq 3-6 aydan sonra həmin inflyasiya bizim bazara da idxal olunur.
Neft qiymətlərinin məzənnəyə təsirinə gəldikdə - Azərbaycanın valyuta gəlirləri birbaşa iqtisadiyyata daxil olmur. Neft gəlirləri əvvəlcə Dövlət Neft Fondunda yığılır. Hazırda enerji qiymətləri yüksək olduğundan və qeyri-neft ixracı artdığından Azərbaycanın cari əməliyyatı profisitlidir. Avqust ayının sonuna olan məlumata görə ölkəmizin valyuta ehtiyatları 14,9% artaraq 67,5 milyard ABŞ dollarına çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları 4 faizdən bir qədər çox aratraq 9,4 milyard ABŞ dollarına yüksəlib".
BAZARDA DOLLAR ÇOX, AMMA ALAN YOX
Taleh Kazımov əlavə edib ki, Bu gün Azərbaycanın valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir:
"Yəni, valyuta bazarımızda kifayət qədər valyuta təklifi var, lakin tələb aşağıdır. 2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları (78%-i red) yalnız sentyabr ayında olub. Əhalinin Azərbaycan manatına inamı daha da artır. Enerji qiymətləri yüksək olduğundan bizim valyuta gəlirlərimiz artır".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat sonra
- 16 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
56 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım
Ən çox oxunanlar

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
