Azərbaycanda istiqrazlar üzrə təklif edilən gəlir 18 faizə çatdı
BOKT-ın 3 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında listinqə daxil edildi12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” BOKT ASC-nin ümumi dəyəri 2 milyon manat olan AZ2007021028 ISIN-li və ümumi dəyəri 1 milyon manat olan AZ2006021029 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Marja.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Faizli, təmin edilməmiş sənədsiz adlı 20 000 ədəd istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 18 ay, faiz dərəcəsi 13%, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 1 000 ədəd istiqrazların isə hər birinin nominal dəyəri 1000 manat, faiz dərəcəsi 18%, müddəti 60 ay, kupon faizlərinin ödəniş müddəti hər 30 gündən birdir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















