TuranBank 2023-cü ilin III rübünün nəticələrini elan edib

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən "TuranBank" ASC 2023-cü ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankdan Marja.az-a daxil olmuş press-relizdə bildirilir ki, 1 oktyabr 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1.6% və ya 12.9 mln. manat artaraq 833.8 mln. manat, müştərilərə verilmiş kreditləri 9.1% və ya 50 mln. manat artaraq 598.6 mln. manat olub.
Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın biznes müştərilərinə verilmiş kreditləri 10.4% və ya 32.6 mln. manat artaraq 346.5 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli isə ötən ilin sonu ilə müqayisədə 1.7% və ya 7,3 mln. manat artaraq 436.6 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 19.2% və ya 63 mln. manat artaraq 390.9 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.
Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
Hesabat dövründə TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq sayca 20-ci satış nöqtəsini - yeni Fəvvarələr şöbəsini fərdi və korporativ müştərilərin istifadəsinə verib. Qeyd edək ki, TuranBank-ın Fəvvarələr şöbəsi həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir. Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən TuranBank-ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
