Vüsal Qasımlı bir neçə şəxsə vəzifə verdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda bir neçə vəzifəyə təyinat olub.
Marja.az Mərkəzə İstinadən xəbər verir ki, Ayaz Müseyibov icraçı direktorun müşaviri təyin edilib. A.Müseyibov buna qədər Mərkəzi Bank, Azərbaycan Kredit Bürosu, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə Asiya İnkişaf Bankının təqaüdü ilə Böyük Britaniyanın Kembric Hakim Biznes Məktəbində "Finteks və tənzimləyici innovasiyalar" üzrə təhsil alıb. O, Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarının icra etdiyi layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.
İİTKM-də digər təyinat qurumun Monitorinq və qiymətləndirmə şöbəsində həyata keçirilib. Buna qədər Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışan Təranə Salıfova həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. T.Salıfova Azərbaycan Texniki Universitetində bir neçə fənni tədris edir. O, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Şöbə müdiri “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsinə isə baş məsləhətçi Şəbnəm Məmmədli təyin olunub. Ş.Məmmədli daha əvvəl Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyində Enerji səmərəliliyi və investisiyalar üzrə mütəxəssis vəzifələrində çalışıb.
İİTKM-in tabeliyindəki Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı həmin vəzifəyə təsdiqlənib. Şöbə rəhbəri buna qədər “British Council” Azərbaycanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA), “Bosshelf” MMC-də, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)

