ARDNF-in investisiya portfelində ABŞ dollarının payı 70%-dək artıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini, əvvəlki kimi, ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 70,3% təşkil edib. Bu barədə fondun məlumatında deyilir.
2023-cü il sentyabrın 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri 55 milyard 523,96 milyon dollar təşkil edib, bunun 2,69 milyon dolları Azərbaycan manatına ekvivalentdir, qalanı digər valyutalarda yerləşdirilib.
2023-cü il sentyabrın sonuna olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli 55 milyard 521,27 milyon dollara bərabərdir.
Fondun investisiya portfelinin strukturunda 70,3% ABŞ dolları (2022-ci ilin yekunları üzrə 68,6%), 19,2% avro (2022-ci ilin sonuna 20,4%), 4,9% funt sterlinq (5,2%), 0,6% Avstraliya dolları (0,6%), 0,2% türk lirəsi (0,4%), 0,2% rus rublu (0,3%), 1% Çin yuanı (1,1%), 1,4% yapon yeni (1,3%), 2,2% digər valyutalarda (2,1%) yerləşdirilib.
Fondun investisiya portfelinin 60,1%-i istiqrazlarda və pul bazarı alətlərində (2022-ci ilin sonuna 62,1%), 22,2%-i səhmlərdə (2022-ci ilin sonuna 19,6%), 5,8%-i daşınmaz əmlakda (2022-ci ilin sonuna 6,2%) yerləşdirilib. Qızılın payı 11,5% (2022-ci ilin sonuna 12,1%) təşkil edir ki, bu da 101,8 tona ekvivalentdir (2022-ci ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 96,4%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 36,9%-i Şimali Amerika ölkələrində, 28,5%-i Avropa ölkələrində, 14,6%-i Asiya-Sakit okean regionu ölkələrində, 0,1%-i Cənubi Amerika ölkələrində, 0,1%-i Afrika ölkələri, 0,3%-i Yaxın Şərq ölkələrində, 0,6%-i Avstraliya və Yeni Zelandiyada, 7,9%-i beynəlxalq təşkilatlarda, 11%-i isə qızılda yerləşdirilib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















