Bloomberg-dən 3 müharibə ssenarisi - Neftin qiyməti 150 dollara çata bilər
İsrail - Həmas müharibəsində gərginlik artarkən, Bloomberg iqtisadçıları üç fərqli müharibə ssenarisini önə sürüblər. Bloomberg Economics-ə görə, İran və İsrailin birbaşa toqquşduğu ən pis ssenaridə neftin qiyməti 150 dollara çata bilər.İsrail-Həmas müharibəsinin Yaxın Şərqdə müxtəlif cəbhələrə yayılmasının qarşısını almaq üçün səylər davam etsə də, qlobal iqtisadiyyatın ən pis ssenaridə tənəzzülə girəcəyi demək olar ki, qaçılmaz görünür.
Marja.az-ın məlumatına görə, Bloomberg Economics üç fərqli müharibə ssenarisinin neft, qlobal iqtisadi artım, inflyasiya və bazar dəyişkənliyinə təsirini araşdırıb.
Bazar aktyorları İranını İsraillə birbaşa münaqişəyə daxil olmasını ən pis ssenari kimi görürlər. Bloomberg Economics-ə görə, bu ssenari neftin qiymətini bir barel üçün 150 dollara qaldıra və 1,7 faizlik azalma ilə qlobal iqtisadiyyatdan 1 trilyon dollar silinə bilər.
Livan və Suriyaya yayılan qarşıdurmanın da yer aldığı müharibə ssenarisində iqtisadçıların gözləntiləri neftdə 8 dollar, VIX indeksində isə 8 bəndlik artımdır. Bu ssenaridə Bloomberg Economics qlobal iqtisadi artımın 0,3 faiz bəndi azalacağını, inflyasiyanın isə 0,2 faiz bəndi artacağını gözləyir.
Qəzzada quru əməliyyatı, məhdud regional münaqişə və İranın neft hasilatının azalması ssenarisində iqtisadçılar neftin bir barel üçün 4 dollar artacağını, qlobal iqtisadi artımın 0,1 faiz bəndi azalacağını, inflyasiyanın isə 0,1 faiz bəndi artacağını gözləyirlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























