“Avropanın Azərbaycan qazına olan tələbatı illik 30 milyard kubmetrdən çoxdur”
Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir.
Bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
P. Şahbazov qeyd edib ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyənədək Avropaya 28,7 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Onun sözlərinə görə, neft-qaz sektoruna investisiyaların azaldığı bir dövrdə həm qaz yataqlarının işlənilməsi, həm də gələn il "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə "Azəri Mərkəzi-Şərqi" yatağında hasilata başlanması məhz uzaqgörən siyasətin töhfələridir: “2024-cü il 30 illik müqavilənin bitmə və XXI əsrin müqaviləsinin işə düşmə tarixidir. Bu cür planlama, "Əsrin müqaviləsi"nin uzadılmasına doğru vaxtda qərar verilməsi bir daha göstərir ki, cənab İlham Əliyev həmişə dəyişiklikləri hazırlıqlı qarşılayır”.
Nazir bildirib ki, dövlət başçısının enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı siyasəti dünyada balanslaşdırılmış enerji sisteminə nail olmağın da münasib yoludur: “Bu siyasət ondan ibarətdir ki, "yaşıl enerji" keçidi sürətləndirilməlidir. Eyni zamanda qlobal enerji istehlakının hazırda təxminən 55 %-ini təşkil edən neft-qaz mənbələri inkişaf etdirilməlidir. Çünki qısa müddətdə neft-qazdan istifadəyə son verməklə enerji təhlükəsizliyi, əlçatanlıq və davamlılıq arasında balansı təmin etmək mümkün görünmür. Ona görə də bu gün ölkəmizdə ənənəvi və bərpaolunan enerji mənbələri paralel inkişaf etdirilir və bu siyasət enerji təchizatında dayanıqlılığı və enerji resurslarımıza olan ehtiyacları qarşılamağı təmin edir”.
P. Şahbazov qeyd edib ki, bu xüsusda iyulda istismara verilən, indiyədək 453 milyon kubmetr qaz və 171 min ton kondensatın hasil edildiyi "Abşeron" yatağı, həmçinin işlənmədə olan "Qarabağ", "Ümid" (Mərhələ-II), "Babək" və "Azəri-Çıraq-Günəşli" dərin qaz layihələrini xüsusi qeyd edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























