"Rəqəmlər bankların 20 min manat tələbinin Dollar alışını məhdudlaşdırdığını təsdiqləmir"
"Rəqəmlər, kommersiya banklarının hər bir vətəndaşa 12 ay müddətində 20 min manat ekvivalentinədək (11 750 dollar – red) xarici valyuta satılması qaydasının xarici valytaya tələbi məhdudlaşdırdığı barədə iddiaları təsdiqləmir".
Bunu Marja.az-a keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Bu il xarici valyutaya təklifin tələbi üstələməsi Azərbaycan Manatına artan inam, cari əməliyyatlar balansının profisitli olması, daxil olan pul baratlarının artması ilə əlaqədardır. Banklar tərəfindən çirkli pulların yuyulması ilə mübaizə çərçivəsində tətbiq edilən 20 min manat ekvivalentinədək xarici valyuta alışı qaydasının xarici valyutaya tələbi azaltdığı barədə iddialar ilə razı deyilik. İstənilən vətəndaş vəsaitin mənbəsini göstərməklə 20 min manat ekvivalentindən də yüksək məbləğdə xarici valyuta ala bilər. Bankların valyuta alışı üzrə qaydalarının əhalinin Dollar alışını məhdudlaşdırdığını rəqəmlər təsdiqləmir".
Mərkəzi Bankın sədri əlavə edib ki, bu il bankların cəmi valyuta alışı satışını 100 milyon üstələyib. Başqa sözlə, əhali dolları almaqdan daha çox satır.
Xəbər verdiyimiz kimi, profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247.9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















