"Manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm" - Mərkəzi Bankın sədri
"Əhalinin nominal gəlirlərinə baxdıqda manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov qeyd edib ki, banklararası bazar yaradılmasına 1 il ərzində nail olublar:
“Bu, çox böyük nailiyyətdir. Bunun nəticəsi olaraq pul bazarı artıb. Bank olmayan təşkilatların arasında əməliyyatlar pul bazarı nöqteyi-nəzərindən kəskin artıb. Bu bizim üçün böyük fürsət idi ki, sistemli şəkildə izafi pul kütləsini sterilizasiya edək. Biz 4 milyardadək pul sterilizasiya etdik. Bizim məqsədimiz izafi tələbi məhdudlaşdırmaq idi. Real sektorun maliyyələşdirilməsi nöqteyi-nəzərinə gəldikdə, maya dəyəri nöqteyi-nəzərindən təmərküzləşmə mövcuddur. Biz təmərküzləşmə ilə mübarizə aparırıq. Ümidvaram ki, növbəti addımlarımızı görəndə başa düşəcəksiniz ki, bu bizim üçün prioritet sahədir. Bizim bu gün banklararası bazarda 2 milyarda yaxın sərbəst vəsait var. Büdcə xərclərinin artırılması ilə bank kreditləşməsi azalır və ya əksinə. Bunu illər üzrə bölsək görərik. Ona görə də uçot dərəcəsini azaldırıq”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















