Neft Fondundan dövlət büdcəsinə transfert məbləgi 1 milyard manatdan çox artırılır
Növbəti ilin dövlət büdcəsi layihəsində Dövlət Neft Fondundan transfert məbləğinin 2023-cü ilin proqnozuna nisbətən 1 milyard 43,3 milyon manat artırılması nəzərdə tutulmuşdur. Neftin qiymətinin 60 ABŞ dolları həcmində hesablanması fonunda DNF-in büdcə gəlirlərinin xərclərindən az olması aktivlərin azalma ilə proqnozlaşdırılması ilə nəticələnmişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilbi ki, son illərin təcrübəsi DNF transferti ilə bağlı proqnozlarda ehtiyatlı yanaşmanın tətbiq edildiyini, icra prosesində isə daha az transfertin reallaşdığını göstərir. Bu isə növbəti ildə də makroiqtisadi şərtlərin əlverişli olması şəraitində transfertin az icrası hesabına DNF-in aktivlərinin qorunacağını deməyə imkan verir.
Xərclərə ortamüddətli dövrdə tələbatın yüksəlməsi, eyni zamanda qiymət amilinin təsirinin növbəti illərdə azalması ilə bağlı proqnozların verilməsi şəraitində ortamüddətli dövr üzrə büdcə qaydasına əməl edilməyə müsbət təsir edən ÜDM-in real artımının xüsusi diqqətdə saxlanılması zəruridir.
Eyni zamanda, qeyd edilməlidir ki, neftin qiymətinin 60 ABŞ dollarından çox proqnozlaşdırılması halı və buna uyğun növbəti il ərzində əlavə tələb olunan xərclərin bir hissəsinin neft gəlirləri hesabına maliyyələşdirilməsi nisbət göstəricisini bir qədər artmasına səbəb ola bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil edəcək ki, bu da 2023-cü il üçün nəzərdə tutulan transferti ilə müqayisədə 1 milyard 43,3 milyon manat vəya 8,9 faiz, 2022-ci ilin icrası ilə müqayisədə 4 milyard 858 milyon manat vəya 1,6 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















