Sony-nin xalis mənfəəti azalıb
Elektronika məhsulları istehsalçısı Sony Group, aprel-sentyabr dövründə xalis mənfəətinin 23,1 faiz azalaraq 417,6 milyard yen (2,76 milyard dollar) təşkil etdiyini bildirib.Elektronika və əyləncə məhsulları istehsalçısı Sony Group, 2023-cü ilin aprel-sentyabr dövründə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azalaraq 417,6 milyard yen (2,76 milyard dollar) düşdüyünü açıqlayıb.
Marja xəbər verir ki, Şirkətin satış gəlirləri 19,3 faiz artaraq 5,79 trilyon yenə (38,3 milyard dollar) çatdığı halda, əməliyyat mənfəəti 29,7 faiz azalaraq 516 milyard yenə (3,4 milyard dollar) düşüb.
PlayStation 5 oyun konsolu üçün illik 25 milyon satış hədəfi təyin edən Yaponiya şirkəti, sözügedən 6 aylıq dövrdə cəmi 8,2 milyon konsol sata bilib.
Sony-nin prezidenti Totoki Hiroki verdiyi açıqlamada, "25 milyon ədəd satmaq iddialı bir hədəfdir və bu asan əldə edilməyəcək" deyib. O, bayram mövsümlərinə təsadüf edən noyabr və dekabr aylarını kritik aylar olaraq gördüklərini qeyd edib.
Yapon şirkətinin 2022-ci maliyyə ilində xalis mənfəəti 2021-ci maliyyə ili ilə müqayisədə 6,2 faiz artaraq 937,1 milyard yen (o vaxt təxminən 7 milyard dollar) olaraq təşkil etmişdi.
2024-cü ilin mart ayında bağlanacaq 2023-cü maliyyə ili üçün xalis mənfəət proqnozu əvvəlcədən elan edilmiş 860 milyard yendən 880 milyard yenə (5,8 milyard dollar) yüksəldilib.
Konsol, video oyun və sensor satışlarına tələbat və yapon yeninin xarici valyutaya nisbətdə ucuzlaşmasının hədəflənmiş mənfəət marjasına müsbət təsir göstərəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








