Dünyada şəkər qiymətləri daha da arta bilər
Tayland hökumətinin qəbul etdiyi son qərarlar şəkər ixracını yavaşlatmaq addımı kimi şərh edilir. Taylandın şəkər ixracında mümkün məhdudiyyətlər son 12 ilin ən yüksək səviyyəsinə yaxın olan qlobal şəkər qiymətlərinə daha da yüksəldə bilər.Tayland hökuməti daxili bazarı qorumaq və qaçaqmalçılığın qarşısını almaq üçün şəkərlə bağlı yeni tədbirlər görür.
Marja xəbər verir ki, Braziliyadan sonra dünyanın ən böyük şəkər ixracatçısı olan Tayland keçən həftə şəkəri nəzarət edilən məhsullar kimi təsnif edib. Bir tondan çox şəkər ixracı üçün hökumətin icazəsinin tələb olunduğu ölkədə bəzi treyderlər sözügedən tədbirin tədarükləri yavaşlata biləcəyini söyləyirlər.
Tayland ixracatçıları xəbərdarlıq edir ki, şəkər ticarətinə nəzarət ixrac bazarında inamın itməsinə səbəb ola bilər.
"Reuters" xəbər verir ki, Taylandın şəkər ixracında mümkün gecikmələr və fasilələr son 12 ilin ən yüksək səviyyəsinə yaxın ticarət edilən qlobal şəkər qiymətlərinə əlavə təzyiq yarada bilər.
Quraqlıqdan mənfi təsir görən Taylandda şəkər istehsalında azalma gözlənilir.
Keçən il 7,69 milyon ton şəkər ixrac edən Taylandın bu il 8 milyon ton şəkər istehsal edəcəyini proqnozlaşdırılır (ölkənin rəsmi məlumatıdır - red). Sözügedən istehsalın 2,5 milyon tonunun daxili istehlak üçün, qalan 5,5 milyon tonunun isə ixraca yönəldilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





