Bakı Fond Birjasında əməliyyatların həcmi kəskin artıb
Bakı Fond Birjasında 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19 milyard 452 milyon 795 min manat təşkil edib.
Birjanın yaydığı məlumata görə, əməliyyatların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% artıb. Artımın böyük hissəsi dövlət qiymətli kağızları ilə bağlıdır.
Bakı Fond Birjasında 01.01.2022-31.10.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 465 milyon 954 min manat təşkil etmişdi.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 195% artım olub.
O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınmışdır.
2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 904 min manat təşkil edibvə ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















