“Bakı Fond Birjası” və “Nasdaq Dubai” planları müzakirə edib
“Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri “Dubai Business Forum 2023”də iştirak edib“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri cənab Fərid Axundov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 1-2 noyabr 2023-cü il tarixlərində təşkil olunan Dubay Biznes Forumu 2023 (Dubai Business Forum 2023) tədbirində iştirak edib.
Marja xəbər verir ki, səfər zamanı Fərid Axundov “Nasdaq Dubai”-ın baş direktoru cənab Hamed Ahmed Ali ilə görüş keçirib. Görüş zamanı “Bakı Fond Birjası” və “Nasdaq Dubai”-ın mövcud və gələcək fəaliyyət planları müzakirə edilib. Fərid Axundov və Hamed Ali hər iki qurumun gələcək qarşılıqılı addımları barədə ümumi razılığa gəliblər.
“Dubay Kommersiya Palatası tərəfindən "Madinat Jumeirah" otelində təşkil ediən bu tədbir əsasən beynəlxalq ticarət, gələcək investisiya və xarici sərmayələrin formalaşmasına həsr olunub.
“Dəyişən İqtisadi Güc: Dubay və Qlobal Ticarətin Gələcəyi” mövzusu altında keçirilən iki günlük tədbirin plenar iclaslarında yüzlərlə beynəlxalq şirkət, biznes liderləri, sənaye ekspertləri, investorlar və iqtisadçılar iştirak edib.
Biznes yönümlü forumda yeni biznes prinsiplərinin tədbiqi və tərəfdaşlığın asanlaşdırılması istiqamətində iki innovativ platforma - “The Future Theatre” və “The Deals Hub” platformaları təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















