Oktyabr ayında ABŞ-da inflyasiya yavaşlayıb
ABŞ-da oktyabr ayı inflyasiya məlumatları açıqlanıb. Gözlənilənlərin əksinə olaraq, aylıq olaraq qiymətlərdə dəyişiklik baş verməyib. Əsas göstəricilər də bazar gözləntilərindən bir qədər aşağı olub.Oktyabrda ABŞ-da illik inflyasiya 3,2 faizə düşüb.
Marja.az xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu oktyabr ayında ötən ilin eyni ayına nisbətən istehlak qiymətləri indeksində (inflyasiya göstəricisi) 3,3 faiz artım olacağı idi.
Sentyabrda illik inflyasiya 3,7 faiz təşkil etmişdi.
Oktyabr ayında aylıq olaraq istehlak qiymətləri indeksində dəyişiklik baş verməyib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar oktyabrda aylıq inflyasiyanın 0,1 faiz olacağını proqnozlaşdırmışdılar.
ABŞ Mərkəzi Bankının (FED) qərarları üçün kritik olan əsas göstəricilər də proqnozlardan aşağı olub. Oktyabrda ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri indeksi (baza inflyasiya) əvvəlki ayla müqayisədə 0,2 faiz artıb. Bu məlumatda illik rəqəm 4 faiz olub. İqtisadçılar əvvəlki ayla müqayisədə baza inflyasiyada dəyişiklik olmayacağını proqnozlaşdırmışdılar. Sentyabrda aylıq baza inflyasiyası 0,3 faiz, ilik 4,1 faiz təşkil etmişdi.
Son aylardakı bəzi dalğalanmalara baxmayaraq, ABŞ-da inflyasiya keçən il çatdığı 40 illik maksimumdan xeyli aşağı düşüb. Bu, bir çox Fed üzvlərinin faiz artımının sona çata biləcəyinə işarə etməsinə səbəb olub. Lakin FED sədri Jerome Powell, lazım gələrsə, mərkəzi bankın yenidən faiz dərəcələrini artıra biləcəyini tez-tez vurğulayır.
Məlumatların ardınca S&P 500 və Nasdaq 100 fyuçers indeksləri 1 faizdən çox yüksəlib. Faiz dərəcələrinin dekabrda artırılması ehtimalı azaldığı üçün ABŞ istiqrazlarının gəlirliliyi aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)






