Azərbaycanda elektrik enerjisi istehsalı 1,2% artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 278,5 mln. kVt·st, yəni 1,2 % artaraq 24 032,8 mln. kVt·st olub.
Yanvar-oktyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 22 213,8 mln. kVt·st, SES-lərdə 1 529,3 mln. kVt·st, digər mənbələr üzrə isə 289,7 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 49,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 58,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 674,6 mln. kVt·st (İES-lərdə 20 242,1 mln. kVt·st, SES-lərdə 1 432,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 402,6 mln. kVt·st (İES-lərdə 264,7 mln. kVt·st, SES-lərdə 84,0 mln. kVt·st, Günəş ES-də 53,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 37,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 917,8 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 357,1 mln. kVt·st, idxalı isə 190,1 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 494,2 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,5 mln. kVt·st, ixrac isə 519,4 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























