Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimat keçirildi
17 noyabr 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində dövlət, hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə səfirləri, mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.
Mərasimdə giriş nitqi ilə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bütün həyatını, varlığını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafına həsr etmiş və xalqımızın qəlbində əbədilik qazanmış dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş yubiley sikkəsinin öz unikallığı ilə fərqləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı qızıl sikkənin QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqləndiyini deyən Z.İbrahimov yubiley sikkəsinin müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında ərsəyə gətirildiyini qeyd edib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementlərinin dəqiqliklə əks etdirildiyi, qiymətli məhsula üçölçülü qabarıq relyef verildiyi diqqətə çatdırılıb.
Millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov isə qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən 2023-cü ildə “AzerGold” QSC tərəfindən istehsal edilmiş qızıl sikkə tarixə öz imzasını qızıl hərflərlə yazmış Ümummilli Liderin zəngin mənəvi irsinin təbliğinə mühüm töhfədir.
Qeyd edək ki, 1 unsiya çəkidə istehsal edilən yubiley sikkəsi limitli sayda – 200 ədəd istehsal edilib. Qızıl sikkə üzərində Ümummilli Liderin portreti, onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi real səs dalğası və Morze əlifbasında təsvir olunub.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Müxtəlif dizaynlarda hazırlanmış qızıl və gümüş sikkə kolleksiyaları ölkəmiz və onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























