Bankların nağd xarici valyuta alqı-satqısı azalıb - ALIŞ SATIŞI ÜSTƏLƏYİB
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2023-cü ilin 9 ayında ötən ilin müvafiq dövrünə nəzərən 29.2% azalaraq 2.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.6%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 9 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdir.2023-cü ilin 9 ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşmışdır. Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, dövr ərzində valyuta bazarının həm nağd, həm də nağdsız seqmentində əməliyyatların həcmi azalmışdır. 9 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 6.1% azalaraq 35.7 mlrd. ABŞ dolları ekvivalentidə 5 olmuşdur.
Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 20.1%-i banklararası valyuta bazarında (BVB), 79.9%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4.2 mlrd. ABŞ dolları (ARDNF-nun və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 97.5%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır
Hesabat dövrünün başlanğıcında banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarındakı proseslərə çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa şərait yaradan Blumberqin “BMatch” platforması aktivləşdirilmişdir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 16.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur ki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29.2% azalaraq 2.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.6%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 9 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdir.
2023-cü ilin 9 ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 71 valyuta hərracı baş tutmuşdur. Hesabat dövründə valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuşdur.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət etmişdir. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6946 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil etmişdir.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Qazaxıstan tengəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşmış, avroya, İngiltərə funt-sterlinqinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























