Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da əmək bazarında soyumağa işarə edən məlumatların ardından birjalar günü qarışıq nəticələrlə başa vurub.
ABŞ-da “JOLTS” vakant iş yerlərinin sayı 2021-ci ildən bəri ən aşağı səviyyəyə endikdən sonra birjalarda qarışıq tendensiya müşahidə olunub.
Dünən açıqlanan məlumatlara görə, ABŞ-da “JOLTS” vakant iş yerlərinin sayı oktyabr ayında əvvəlki ayla müqayisədə 617 min azalaraq 8 milyon 733 minə düşüb. Bazar proqnozlarından aşağı olan vakansiyaların sayı 2021-ci ilin martından bəri ən aşağı səviyyəsini görüb.
Analitiklər, boş iş yerlərinin sayının azalmasının yüksək faiz dərəcələrinin əmək tələbini azaltdığının göstəricisi olduğunu və bu nəticələrin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin sərtləşdirmə dövrünün sona çatması ilə bağlı ehtimalları dəstəklədiyini bildirib.
Əmək bazarında soyumağa işarə edən məlumatların ardından ABŞ-ın 10 illik istiqrazlarının gəlirlilik faizi təxminən 11 baza bənd azalaraq 4.16% olub.
Bundan əlavə, ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi ilə bağlı dünən açıqlanan məlumatlar sektorun gücünü qoruduğunu göstərdi. Təchizat İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayında bazar proqnozlarını üstələyərək aylıq müqayisədə 0.9 bənd artıb və 52.7 bəndə yüksəlib. “S&P Global” tərəfindən açıqlanan noyabr ayı xidmət sektoru PMI məlumatları da 50.8 bəndlik göstərici ilə 4 ayın ən yüksək səviyyəsini qoruyub.
Digər tərəfdən, “Bitcoin” 2022-ci ilin aprelindən bəri ilk dəfə olaraq 44.000$-ı ötüb. Bahalaşmağa səbəb kimi spot Bitcoin mübadilə fondunun (ETF) tətbiqinin təsdiqlənəcəyi ehtimallarını qeyd edə bilərik.
Bu gün isə investorlar ABŞ-da açıqlanacaq özəl sektorda məşğulluqla bağlı məlumatları (ADP) diqqət mərkəzində saxlayacaqlar.
Kriptovalyuta birjalarındakı qiymət artımları fonunda “güvənli liman” olan qızıla tələb azalmaqda davam edir. Qızılın qiyməti cari həftənin ilk günü yaşanan 196$-lıq volatillikdən sonra 2021$ səviyəsində stabilləşib. Hazırda 2021$-dan təklif edilən qızıl 2018.00 səviyyəsini qırsa, növbəti nail oluna biləcək hədəfləri 2010$ və 2000$ səviyyələridir. Mümkün artım ssenarisində isə, qiymət əgər 2035$ səviyyəsindəki müqavimət həddini qırsa, növbəti müqavimət hədləri kimi 2047$ və 2061$ səviyyələri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)

