“STP Global Cable” şirkətinin ixracı kəskin artıb
“STP Global Cable” şirkəti məhsullarının ixracı üçün ABŞ-ın bir neçə şirkətilə danışıqlar aparır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü il yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinq cədvəlində STP Şirkətlər Qrupunun “STP Global Cable” şirkəti yüksək nəticələr nümayiş etdirib. Belə ki, ötən ilin eyni dövri ilə müqayisədə ixracat dövriyyəsi 123% artıb.
Şirkətdən Marja.az-a verilən məlumata görə, buna səbəb 2023-cü il ərzində ixrac olunan ölkələrin sayının artması, yeni layihələrin imzalanmasıdır. Hal-hazırda ixrac həyata keçirilən ölkələr sırasında Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus və Rumıniya yer alır.
"Onu da qeyd edək ki, hal-hazırda ABŞ-da bir neçə şirkət ilə danışıqlar aparılır və artıq sözügedən şirkətlərin tələblərinə cavab verən sertifikatların alınması prosesi başlayıb", - Şirkətdən bildirilib.
Məlumat üçün xatırladaq ki, “STP Global Cable” şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir. 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının eləcədə neft quyu nasoslar üçün nəzərdə tutulan kabellərin istehsalını həyata keçirir. Dünyada, damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabel istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır. Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə dizel generatorları, kabel kanalları, elektrik yuvaları istehsal olunur və müxtəlif növ metalların sinklənmə xidməti göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
4 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
18 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
20 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
21 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
