Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da əmək bazarı ilə bağlı məlumatların ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sərt pul-kredit siyasətinin sona çatacağına dair ehtimalları gücləndirməsi invetorların dollar alışlarında ehtiyyatlı davranmalarına səbəb olur.
ABŞ-da zəif açıqlanan "JOLTS" Boş İş Yerləri və Vakansiyalar üzrə göstəricilərindən sonra, dünən proqnozların altında dərc olunan özəl sektorda məşğulluqla bağlı məlumatlar (ADP) da əmək bazarındakı soyumağa işarə etdi.
Hesabata görə ABŞ-da özəl sektorta məşğulluq noyabr ayında bazar proqnozlarının altında - 103 min nəfər - artdı. Eyni dövrdə əmək haqqı artımındakı ləngimə davam edərkən, noyabr ayında illik maaşlarda 5.6% artım qeydə alınıb.
Əmək bazarında soyumağa işarə edən məlumatların ardından ABŞ-ın 10 illik dövət istiqrazlarının gəlirlilik faizi 4.106% ilə 3 ayın ən aşağı səviyyəsini test etdikdən sonra 4.114% səviyyəsində qərarlaşıb.
Bundan əlavə, ABŞ-da bu ilin üçüncü rübündə qeyri-kənd təsərrüfatı sektorunun məhsuldarlığı 5.2% ilə proqnozların üzərində artarkən, vahid əmək xərcləri 1.2% ilə ehtimal olunandan çox azalıb. Analitiklər üçüncü rübdə vahid əmək xərclərinin azalmasının da inflyasiyanın yavaşlamasına işarə etdiyini bildiriblər.
Digər tərəfdən, neft qiymətlərinin təxminən 4% azalması enerji ehtiyatlarına təzyiq göstərdiyi üçün, “Exxon Mobil”-in səhmləri 1%-dən, “Marathon Petroleum”-un səhmləri isə 3%-dən çox dəyər itirib.
Çip istehsalçısı “Nvidia”-nın səhmləri şirkətin Baş İcraçı Direktoru (CEO) Yensen Huanq Çin bazarı üçün yeni çiplərin ixrac məhdudiyyətlərinə uyğunlaşmanı təmin etmək üçün ABŞ hökuməti ilə sıx əməkdaşlıq etdiyini elan etdikdən sonra 2%-dən çox ucuzlaşıb.
Analitiklər, əmək bazarı məlumatlarının monetar siyasətin gedişatı ilə bağlı daha çox ipucu əldə etmək üçün investorların diqqət mərkəzində olduğunu və bugün ABŞ-da İşsizlik Müavinatı üçün Müraciətlərin Sayıa dair məlumatların, sabah isə Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin sayına (NFP) dair statistik rəqəmlərin izləniləcəyini qeyd edirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






