Mərkəzi Bank dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilk dəfə olaraq özünün internet səhifəsində həftəlik əsasda dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Gəlirlilik əyrisi hər iş həftəsinin ilk günündə saat 16.00-dək açıqlanacaqdır.
Qeyd edilib ki, gəlirlilik əyrisi milli valyutada dövlət istiqrazlarının ilkin və təkrar bazarda baş tutan əqdləri üzrə müşahidələr əsasında qiymətləndirilir. Gəlirlilik əyrisi müxtəlif müddətlər üzrə istiqrazın gəlirliliyini əks etdirən mühüm maliyyə bazarı göstəricisidir. Bu göstərici bazar iştirakçılarının faiz dərəcələri, pul siyasəti ilə əlaqədar qərarlar, inflyasiya, habelə iqtisadi artımla bağlı gözləntilərini əks etdirir.Gəlirlilik əyrisi investorlar üçün risklərin, həmçinin gəlir və itkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, gəlirlilik əyrisində olan faizlər investorlar üçün istinad (risksiz faiz dərəcələri) hesab olunur. Bununla yanaşı iqtisadi göstəricilərin proqnozlaşdırılması, pul siyasətinin transmissiyasının effektivliyinin qiymətləndirilməsi zamanı gəlirlilik əyrisinin forması önəmli məlumat mənbəyidir.
Gəlirlilik əyrisi Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması Qaydaları” əsasında qiymətləndirilir.
Gəlirlilik əyrisinin qrafik təsviri ilə yanaşı əyrinin qiymətləndirilməsində istifadə olunan modelin (“Nelson-Siegel”) parametrləri də Mərkəzi Bankın internet səhifəsində yayımlanacaqdır.
Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması həyata keçirilir. Qeyd edək ki, gəlirlilik əyrisinin qiymətləndirilməsi zamanı tətbiq olunan model və istifadə olunan müşahidələrə dair beynəlxaq qurumların ekspertlərinin rəyi də nəzərə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























