Qlobal bazarlarda son vəziyyət
Dünən Dollar indeksi (DXY) ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasəti qərarlarından əvvəl açıqlanan inflyasiya məlumatlarının ardından günü enişlə tamamlayıb.
FED-in bugün açıqlayacağı monetar siyasətinə dair qərarları öncəsi investorların inflyasiya məlumatlarını qiymətləndirərkən təmkinli davrandığı müşahidə olunur.
ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) proqnozların əksinə olaraq noyabrda aylıq müqayisədə 0.1%, illik müqayisədə isə ehtimal olunduğu kimi 3.1% artıb. Yavaşlamağa davam edən illik inflyasiya son 5 ayın ən aşağı səviyyəsini qeyd edib.
Dəyişən enerji və ərzaq qiymətlərini əhatə etməyən baza inflyasiya, bazar proqnozlarına uyğun olaraq, noyabr ayında aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 4% artıb. Bu dövrdə baza inflyasiyası illik əsasda son 2 ilin ən aşağı səviyyəsində qalmağa davam edib.
Bugün FED-in bu ilki Federal Açıq Bazar Komitəsinin (FOMC) son iclasının qərarları bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Analitiklər bankın uçot faiz dərəcəsini sabit saxlamasının ehtimal edildiyini, lakin monetar siyasətin gələcəyi ilə bağlı daha çox ipucunun olacağını bildiriblər. FED sədri Cerom Pavelin açıqlamaları bu cəhətdən böyük əhəmiyyət kəsb edir.
Analitiklər bugün ABŞ-da açıqlanacaq İstehsal Qiymətləri İndeksi ilə bağlı məlumatların da izlənəcəyini qeyd ediblər.
Korporativ tərəfdən, proqram təminatı şirkəti “Oracle”-ın səhmləri şirkətin gəlirləri proqnozlaşdırılandan az açıqlandıqdan sonra, 12%-dən çox ucuzlaşıb.
Bundan əlavə, “Exxon Mobil” və “Chevron”-un səhmləri 1%-dən çox dəyər itirib.
Dollar indeksi dünən geriləyərək günlük şamını 103.83 bənd səviyyəsində enişlə tamamlayıb.
Qlobal iqtisadiyyatlar, xüsusilə Çində artan iqtisadi narahatlıqlar fonunda neftə olan tələb kəskin azalıb. Dünən 3$-dan çox ucuzlaşan “Brent” markalı neftin bir bareli hazırda dünya birjalarında 73.24$-dan, “WTI” markalı neftin bir bareli isə 68.55$-dan təklif olunur. “OPEC”-in bugün Bakı vaxtı ilə saat 16:00-da dərc olunacaq aylıq hesabatı da neft qiymətlərinə təsir edə bilər.
Bugün Böyük Britaniyada açıqlanacaq ÜDM-in həcmi və Ticarət saldosu göstəriciləri də investorların maraqla gözlədikləri hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
Ən çox oxunanlar
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb































