Dolları hərəkətə gətirə biləcək mühüm göstəricilər açıqlanacaq
Bu gün ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq və işsizlik göstəriciləri açıqlanacaqdır.
“Marja”nın məlumatına görə, ABŞ-da bu həftə açıqlanmış iqtisadi göstəricilər bazar gözləntilərindən aşağı qalıb. Bazarlarda Fed-in faiz artıracağına dair gözləntilər də geriləyib. Buna görə, cümə günü dərc olunacaq İyul məşğulluq hesabatına daha da çox maraq var.
Fed pul siyasətini normallaşdırmaq üçün inflyasiya ilə bərabər məşğulluq artımına (ən az aylıq orta hesabla 80 min - 100 min arası) və maaş artımlarına( illik 3% civrında) baxır. ABŞ-da məşğulluq və maaşlar xeyli artsa da inflyasiya sürətlənmir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Adətən Fed-in faiz artırması Dolların gücənməsilə nəticələnir.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq və işsizlik göstəriciləri Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da dünya birjalarında güclü dalğalanmalara səbəb olacağı gözlənilir.
İqtisadçıların və analitiklərin proqnozlarına görə, İyulda ABŞ-da məşğulluq 183 min artacaqdır. İyunda məşğulluq 222 min artmışdı.
İşsizlik nisbətinin isə İyundakı 4,4%-dən 4,3%-ə düşəcəyi gözlənilir. Orta saatlıq maaşın isə İyulda aylıq 0,3% artacağı gözlənilir. İyunda artım 0,2% olmuşdu.
Hazırda Dollar mühüm valyutalar qarşısında ucuzlaşır. ABŞ-da siyasi vəziyyət, inflyasiya tempinin gözlənilən səviyyədə olmaması, o cümlədən Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrini artırması ehtimallarının zəifləməsi dolların məzənnəsinin aşağı düşməsinə səbəb olur. Əgər bu gün açıqlanan göstəricilər də pis çıxarsa Dollar daha da ucuzlaşa bilər.
Kənd təsərrüfatı xaric məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
“Göstəricilər müsbət açıqlanarsa, bu, forex bazarlarında Amerika Mərkəzi Bankının faiz qərarı üzrə zəifləyən artım gözləntilərini, yenidən artıra bilər və cari ilin əvvəlindən etibarən ucuzlaşmağa başlayan dolların qiyməti yenidən bahalaşmağa başlaya bilər. Lakin bu zaman ehtiyatlı olmaq tövsiyyə edilir və göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, dolların ucuzlaşması da müşahidə edilə bilər. Burada önəmli məqam bazarlarda formalaşan gələcək iqtisadi gözləntilərdir. Məlumatların müsbət açıqlanması, Amerika Mərkəzi Bankının faiz artımı üzrə gözləntilərin artmasına təsir etməyə bilər. Dollar indeksinin texniki təhlillərinə əsasən qiymət 92 və 90 punkta kimi də ucuzlaşa bilər,- Azərbaycanın investisiya şirkəti “İnvestAZ” bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
8 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
19 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb














.jpg)







