Şok terapiyasına başlayan Argentinada inflyasiya 160 faizi keçib
Argentinada noyabrda illik inflyasiya 160 faizdən çox olub. Eyni dövrdə aylıq inflyasiya 12,80 faiz artıb."Şok terapiyası"na başlayan Argentinada inflyasiya 160 faizi keçib.
Marja.az xəbər verir ki, Argentinada son inflyasiya məlumatları yeni sağçı populist prezident Xavyer Milei hökumətinin işinin asan olmayacağını göstərir.
Noyabrda Argentinada illik inflyasiya 160,90 faiz təşkil edib. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu ölkədə inflyasiyanın illik 156,30 faiz səviyyəsində qeydə alınacağı idi. Oktyabrda ölkədə illik inflyasiya 142,70 faiz təşkil etmişdi.
Noyabrda aylıq inflyasiya 12,80 faiz olub. Bu məlumat üçün proqnoz 11,40 isi. Oktyabrda aylıq inflyasiya 8,30 faiz olaraq qeydə alınmışdı.
"Şok terapiyası" başlayıb
Argentinada yeni hökumət işə başlayan kimi onlar valyutanı devalvasiya etmək qərarına gəliblər və "şok terapiyaya" tədbirlərinə başlayıblar.
Argentinanın yeni İqtisadiyyat naziri Luis Kaputo çərşənbə axşamı günü elan edib ki, onlar pesonun dollara nisbətdə dəyərini 50 faizdən çox azaldaraq, 800-ə endirəcəklər, enerji subsidiyalarını kəsəcəklər və ölkədə son onilliklərin ən pis iqtisadi böhranını aradan qaldırmaq üçün dövlət tenderlərini ləğv edəcəklər.
Vəzifəyə gəldikdən sonra yeni prezident Xavyer Milei (Javier Milei) tərəfindən açıqlanan tədbirlər paketi çərçivəsində Kaputo, planın qısa müddətdə ağrılı olacağını, lakin maliyyə kəsirini və üçrəqəmli inflyasiyanı azaltmaq üçün lazım olduğunu söyləyib.
Ölkənin Beynəlxalq Valyuta Fonduna (BVF) 44 milyard dollar kredit borcu var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 1 d. əvvəl
-
- 22 d. əvvəl
-
31 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
40 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Ən çox oxunanlar
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti






.jpg)
.jpg)








.jpg)








