Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən açıqlanan statistik göstəricilərə əsasən, Böyük Britaniyada inflyasiya noyabrda ayında oktyabrda qeydə alınmış 4.3%-lik səviyyədən 3.9%-ə düşərək son iki ilin ən aşağı səviyyəsinə çatıb. İnflyasiyada davam edən bu azalma tendensiyası İngiltərə Mərkəzi Bankının (BoE) pul-kredit siyasətinin gələcək istiqaməti ilə bağlı müzakirələrə səbəb olub.
BoE-nin faiz dərəcələrini sabit saxlamaq qərarı, son vaxtlar yumşalan inflyasiya rəqəmlərinə uyğun görünür və bank rəsmilərinin faiz dərəcələrinə əlavə düzəlişlər etməzdən əvvəl bu tendensiyanın davamlılığından əmin olmaq üçün gözlədiklərini göstərir.
Spekulyasiyalar artdıqca, bazarlar və istehlakçılar İngiltərə Bankının növbəti addımlarını yaxından izləyəcəklər.
Amerika sessiyanın startında isə ABŞ-da “Conference Board” İstehlakçıların Güvən İndeksi proqnozları xeyli üstələyərək (oktyabrda 101 bənd səviyyəsində olub) 110.7 bənd səviyyəsində açıqlandı. Analitiklər isə göstəricinin 103.8 bəndə kimi artacağını ehtimal edirdilər.
Həmçinin noyabrda Amerikada mənzil bazarında satışlar da proqnozlaşdırılandan daha çox artması ilə diqqət çəkdi.
Nəticədə günə 102.10 bənd səviyyəsində başlayan Dollar indeksi günlük şamını 102.55 səviyyəsində bağladı.
Yüksələn DXY fonunda avro və funt-sterling dollar qarşısında müvafiq olaraq 1.0930 və 1.2626 hədlərinə qədər geriləyib.
Bugün isə, Amerikada açıqlanacaq ÜDM-in həcmi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi və İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi önəmli iqtisadi göstəricilər valyuta birjalarına yön verə bilər. Eləcə də, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bu ilin son toplantısında verəcəyi faiz qərarı da investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)






