Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq
Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı əsasında yük avtonəqliyyat parkları (TIR parkları) yaradılacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) artıq bununla bağlı hazırlıqlara başlayıb.
TIR parklarının yaradılması ilə bağlı ən azı 3 nümunəvi layihə hazırlanacaq. TIR parklarından istifadənin genişləndirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ediləcək. Bu istiqamətdə M-1 (Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi), M-2 (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi), M-3 (Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi), M-4 (Bakı-Şamaxı-Yevlax), M-5 (Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi), M-6 (Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi) avtomobil yolları üzərində konseptual araşdırma aparılacaq.
TIR parklarında parkinq yerini rezerv etmə imkanı, avtoyuma, yanacaqdoldurma, təmir, təhlükəli, iriqabaritli və ağırçəkili yüklər üçün parklanma yerləri, hotel, tibbi yardım, internet, yüklərin mühafizəsi, bankomat və ödəniş terminalları, hamam, sanitar qovşaq və s. xidmətlər göstəriləcək. Parklarda xidmətlərdən istifadə haqqı formalaşdırılacaq.
Bununla bağlı beynəlxalq və ölkədaxili yük daşımaları həyata keçirən ən azı 100 (minimum 70 %-i əcnəbi sürücülər olmaqla) sürücü arasında sorğu keçiriləcək və onların rast gəldikləri çətinliklər və gözləntilər öyrəniləcək.
TIR parkları ilə bağlı qanunvericiliyin formalaşması istiqamətində təkliflər hazırlanacaq.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
9 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
41 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















