Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub.

Güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb.

Reklam_3_11

Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb.

Əlavə olaraq qeyd etmək istərdik ki, Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib.

Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq bildirmək istərdik ki, bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır.

25.12.2023 12:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18