Bakıda adambaşına düşən mənzil sahəsi 25 m2-ə qədər artırılacaq
Bakıda bazarın mənzil tələbatı ödəniləcək.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda həm ümumi (ictimai məqsədlər üçün) sahə, həm də özəl sahə üzrə torpaq inkişaf parametrləri müəyyən edilir. Sahəsi bir hektardan çox olan bütün inkişaf (yaşayış) əraziləri üçün ümumi ərazinin 60%-ə qədəri özəl məqsədlər üçün, qalan hissəsi isə ümumi ictimai məqsədlər üçün olan torpaqlar kimi bölünür. Ümumi ictimai məqsədlər üçün olan torpaqlar aşağıdakıların təmin edilməsi üçün nəzərdə tutulur: yollar və ictimai nəqliyyat, ictimai xidmətlər, yaşıllıqlar və açıq məkanlar.
Məqsəd, "sabahın şəhəri"nin tələblərinə cavab verən müxtəlif şəhər qarışığı olan inteqrasiya olunmuş, kompakt yaşayış sahələri yaratmaqdır. Bu vasitələrdən birisi 2040-cı ilə qədər adam başına düşən ümumi mənzil sahəsi 20,8 m2-dən 25 m2-ə qədər artırmaqdır. Bundan əlavə, Baş Planın əsas məqsədi bazarın mənzil tələbatını ödəmək və münasib evləri insanlar üçün daha əlçatan etməkdir.
Baş plan çərçivəsində müəyyən edilmiş yaşayış əraziləri gələcək tələbatın ödənilməsi baxımından kifayət edir. Lakin Bakı şəhərinin Baş Planı kimi strateji sənədin vəzifəsi eyni zamanda uzunmüddətli inkişaf perspektivi üçün, yəni planın hesabı dövründən sonrakı dövrlər üçün gözlənilən mənzil tələbatının ödənilməsinin nəzərə alınmasıdır. Bakı şəhərində uzunmüddətli perspektiv üçün kifayət qədər inkişaf çevikliyini və imkanlarını təmin etmək məqsədilə Baş Plan çərçivəsində 2040-cı ildən sonrakı dövrdə yaranacaq tələbatı ödəmək üçün əlavə yaşayış əraziləri müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
50 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)











.jpg)


