"Son 5 ildə BOKT-ların aktivləri 2 dəfə artıb"
Son 5 ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artaraq 2023-cü ilin III rübünün sonuna 682 milyon manata çatıb.
Bunu "Azərbaycan Mikromaliyyə Asosiasiyası" İctimai Birliyinin (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda "Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, BOKT-ların aktivlərin 80 %-i müştərilərə verilmiş kreditlərdir. "30 sentyabr 2023-cü il tarixinə müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur", - deyə o qeyd edib.
"Bu illər ərzində BOKT-ların vergi ödənişi də artıb. 2023-cü ildə bu rəqəm 10,7 milyon manat təşkil edib", - deyə C.Əliyev əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























