Maserati Azərbaycanda: Avtomobil butikindən möhtəşəm avtomobil salonuna – FОТО
(®) 2023-cü ildə uzun danışıqlardan sonra Grand Automotive Azerbaijan İtaliyanın idman və biznes sinif avtomobillərinin istehsalçısı Maserati ilə rəsmi müqavilə bağlayaraq onun Azərbaycanda eksklüziv distribyutoru oldu.
Bakıda yerləşən Maserati avtomobil butiki keçən ilin noyabr ayında Ağ Şəhərdə öz qapılarını müştərilərinin üzünə açdı və ilk alıclarını dəbdəbəli avtomobillər dünyasında mükəmməlliyin və innovasiyaların inqilabı sayılan Maserati Grecale ilə tanış etdi.
Maserati Grecale Maserati üçün xarakterik olan əsas xüsusiyyətləri - yüksək performans, zəriflik və dəbdəbəni özündə birləşdirərək avtomobil sənayesində yeni inkişaf mərhələsini simvolizə edir, cəmləşdirir və Azərbaycanda avtomobil butikinin açılması Maserati üçün ölkəmizdə yeni eranın başlanğıc nöqtəsi, həmçinin müştərilərə innovativ təcrübələr təqdim etməyə yönəlmiş brendin yeni diler konsepsiyasının təcəssümü oldu.
Buna ilk əmin olanlar ötən həftəsonu Maserati brendinin pərəstişkarlarının, Azərbaycanın aparıcı avtobloqerlərinin, influencerlərin və media nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasiminin qonaqları oldu, onlar həm də Maserati Grecale avtomobilinin test sürüşündə aktiv iştirak etdilər.
Qonaqlara Maserati avtomobil brendinin dünya bazarında inkişafı və yaranma tarixi haqqında, həmçinin Grand Automotive Azerbaijan-ın yaxın planları barədə ətraflı məlumat verildi.
Qeyd edək ki, yeni açılan avtomobil butiki müvəqqəti xarakter daşıyır - 2024-cü ilin may ayında tamamilə yeni Maserati 4S mərkəzinin açılışı planlaşdırılır, onun tikintisi sürətlə gedir və burada daha da geniş Maserati model çeşidi təqdim olunacaq. Yeni Maserati pərakəndə konsepti əsasında hazırlanan gələcək salon Qafqaz regionunda ən böyük Maserati salonuna çevriləcək - təkcə sərgi salonunun sahəsi 500 kvadratmetr təşkil edəcək və burada avtorizə olunmuş Maserati servisi də fəaliyyət göstərəcək.
Məlumdur ki, yazda Bakıda Maserati GranTurismo-nun təqdimatı keçiriləcək, yayda isə super idman avtomobili Maserati MC20 təqdim olunacaq.
Vurğulayaq ki, alıcılara yuxarıda qeyd olunan Maserati Grecale və Bakıda təqdim olunan digər Maserati modellərinin müxtəlif komplektasiyalarını əvvəlcədən sifariş vermək imkanı verilir.
Ünvan: Ağ şəhər, 1-ci Yaşıl ada küçəsi, Fəvvarələr meydanı.
Ətraflı məlumat üçün əlaqə nömrəsi *5888
Intagram - Maserati.Baku
Facebook - Maserati Baku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
30 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















