Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzaladı

Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə Azərbaycan-Rusiya dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Xüsusi qeyd edilib ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
İki ölkə arasında çox geniş müqavilə-hüquq bazasının mövcud olduğu bildirilib. Dövlət başçılarının tapşırığına uyğun olaraq hazırlanmış 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə yol xəritələrinin icrasının nəticələri yüksək qiymətləndirilib, bu müsbət təcrübənin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Belə ki, yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövr ərzində ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və bir çox digər istiqamətlərdə əməli addımlar atılıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi 2 dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib.
Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 %, o cümlədən tranzit yüklərin həcmi 4 dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 %-dən çox olub.
Görüşdə qarşılıqlı investisiya sahəsində həyata keçirilən uğurlu layihələrin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sənaye sahəsinin müxtəlif istiqamətlərində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın işğaldan azad edilmiş əraziləri də əhatə etdiyi bildirilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq bu istiqamətdə geniş imkanların açıldığı diqqətə çatdırılıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün birgə səylərin önəmi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan ilə Rusiya arasında enerji, kənd təsərrüfatı, gömrük-sərhəd infrastrukturunun təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
