“AzerBlast”ın direktoru: İllik 14 min ton partlayıcı maddələrin istehsalı nəzərdə tutulub
Yanvarın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında, həmçinin “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşiyev ötən il Gəncə şəhərində inşa olunan Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun sınaq rejimində fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, illik istehsal gücü 31.5 min ton həcmində qiymətləndirilən zavod müasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekoloji normalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və Heavy ANFO-nun istehsalı həyata keçirilir. Bildirilib ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton partlayıcı maddələrin istehsalı nəzərdə tutulub.
Qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin istehsal edilən maddələrin ixrac potensialı nəzərə alınaraq, zavodun illik istehsal həcminin maksimal həddə – 31.5 min tona çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
6 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
6 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
10 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
12 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb





























