Banklar xaricə olan borclarını qaytarırlar
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyulun 1-nə 6 milyard 800,4 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 28,8 milyon manat və ya 0,42% azdır.
Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 174,6 mln. manat və ya 2,64% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 5 ay davam edir.
Manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesinin davam edəcəyi gözlənilir. Dollar ekvivalentində xarici öhdəliklər iyulun 1-nə 3 milyard 995,3 milyon təşkil edib. Bu göstərici iyunun 1-nə 4 milyard 12,5 milyon dollar olub. Yəni, dollar ekvivalentində xarici öhdəliklər 17,2 mmilyon. dollar və ya 0,43% azalma göstərib.
Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvar ayında qeydə alınıb və 8 milyard 71,7 milyon manat və ya 4 milyard 211,7 milyon dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 216,4 milyon dollar və ya 5,14% azalma göstərib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 31 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























