Azərbaycanın sığorta şirkətinin reytinqinin proqnozu "stabil"dən "müsbət"ə qaldırıldı
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB” səviyyəsində, reytinq üzrə proqnozun isə “Stabil” səviyyəsindən “Müsbət”ə keçdiyini təsdiqləyib.
Marja.az xəbər verir ki, bu barədə “PAŞA Sığorta”nın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu göstərici "PAŞA Sığorta"nın beynəlxalq standartlara uyğun korporativ idarəetmə sisteminə sahib olduğunun və uzunmüddətli maliyyə dayanıqlığının bariz nəticəsidir.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
"Beynəlxalq sığorta bazarında mövcud olan yenilikləri, müxtəlif trendləri yerli bazara gətirərək hər zaman müştərilər üçün innovativ imkanlar yaratmağa çalışan PAŞA Sığorta şirkəti yenidən qlobal dəyərləndirmədən keçib. Beynəlxalq reytinq agentliyi olaraq bütün dünyada maliyyə və sığorta sahəsində mövcud olan müxtəlif şirkətləri dəyərləndirən “S&P Global Ratings” reytinq agentliyi PAŞA Sığorta şirkətinin fəaliyyətini yüksək dəyərləndirib. Agentliyin yenidən işlənmiş kapital modelinə görə, PAŞA Sığortanın 2022-ci ildə kapital adekvatlığı göstəricisi 99.8%-lik əminlik səviyyəsindən yuxarı olub və növbəti iki ildə də bu səviyyələrdə qalacağı gözlənilir. Bu, 2024-2025-ci illərdə orta bazar göstəricilərinə uyğun olaraq sığorta haqlarının 10%-15%-lik artımı, kapitalın 30%-dən çox gəlirliliyi və xalis mənfəətin 20%-25%-ə qədərinin kapitalda saxlanılması ilə yüksək gəlirlilik gözləntilərini özündə əks etdirir.
PAŞA Sığortanın 2023-cü ildə sığorta haqları yığımı illik müqayisədə 37 faiz artaraq 293.09 mln. manat, ödənişlər isə 2.1 dəfə artaraq 144.01 mln. manat olub",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
6 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
8 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
11 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
13 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 21 d. əvvəl
- 23 d. əvvəl
- 32 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























