“Kabel” və İP TV bazarında abunəçilərinin sayı 187 minə yaxınlaşıb

İnternet xidməti bazarı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) tənzimləmə və nəzarət fəaliyyətinin mühüm tərkib hissələrindən biridir. İKTA tərəfindən internet bazarında fəaliyyət göstərən operator və provayderlərin qeydiyyatının aparılması üçün “Uçota alma” və onlardan xidmətin bir sıra əsas meyarları üzrə statistik göstəricilərin toplanmasını təmin edən “Məlumatların toplanması sistemi (DCS)” adlı 2 elektron xidmət 2023-cü ildə istifadəyə verilib. İl ərzində internet xidməti göstərən 146 operator və provayder (host provayderlər bu saya daxil deyil) qeydiyyatdan keçib və qeyd olunan sistem üzərindən məlumatları İKTA-nın “data anbarı”na yükləməyə başlayıb.
Bazar ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) yaydığı məlumatda bildirilri ki, DCS-in əhatə etdiyi sahələrdən biri də “Kabel” və İP TV ilə əlaqədar bazarın mənzərəsidir. “Kabel” və İP TV bazarında ümumilikdə 35 xidmət təchizatçısı iştirak edir və TV abunəçilərinin sayı 186,9 min nəfərdir və onlardan 165,3 mini “Kabel” TV, 21,5 mini isə İP TV abunəçisidir. Bu sahədə 30-dan artıq təchizatçı olmasına baxmayaraq, ən çox abunəçiyə malik 10 təchizatçı ümumi abunəçi bazasının 96,1%-ni əhatə edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
23 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
1 gün əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
