“Nar”dan ən yüksək nəticəni göstərmiş abituriyentlərə xüsusi mükafatlar
“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırıb.
10 avqust 2017-ci il tarixdə modern.az saytı ilə birgə təşkil edilən, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib..
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı:
“Bu böyük uğura imza atmış gənclərimizi “Nar” adından təbrik etmək bizi çox fərəhləndirir.Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində gənclərimiz bu nailiyyəti əldə ediblər. İnanıram ki, bu uğur digər gənclərimiz üçün əla bir stimul olacaq və gələcəkdə onların böyük uğurlara imza atmalarını şərtləndirəcək”, - deyə Əziz Axundov sözlərinə əlavə etdi.
Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 d. əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Qlobal elektromobil satışı yanvarda azalıb
Rəsmi məzənnələr açıqlandı
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
























